Çəkinmədən bizimlə əlaqə saxlayın.
Biz sizə hər addımda kömək etmək üçün buradayıq. Sizin razılığınız bizim uğurumuzdur.
ETİBAR, DƏQİQLİK VƏ SİSTEMLİ YANAŞMA.
Dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektor üçün kompleks və çevik nəqliyyat-logistika həlləri təqdim edən çoxprofilli bir şirkətdir. Təcrübəmiz rəsmi dövlət tədbirlərinin təşkili və nümayəndə heyətlərinin daşınmasından tutmuş, gündəlik sərnişin və yük daşımaları, eləcə də ağır texnikaların icarəsinə qədər geniş bir sahəni əhatə edir. Müasir yanaşma, peşəkar komanda və təhlükəsizlik standartları ilə biz daşımanın bütün mərhələlərində etibarınız olmağa çalışırıq.
Bizim fəaliyyətimiz yalnız lokal səviyyədə deyil, həm də regional və beynəlxalq miqyasda tədbirlərin təşkili təcrübəsinə əsaslanır. UNESCO, ICESCO, və digər beynəlxalq qurumların tədbirləri çərçivəsində nəqliyyat dəstəyinin təşkili, Premium Transport Agency-nin qlobal səviyyədə etibarlı tərəfdaş imicini formalaşdırır.
Azərbaycanın və regionun ən etibarlı, peşəkar və çoxprofilli nəqliyyat-logistika şirkəti olmaq. Dövlət qurumları və özəl sektor üçün innovativ, təhlükəsiz və yüksək keyfiyyətli nəqliyyat xidmətləri təqdim edərək, brend olaraq liderlik mövqeyimizi qorumaq və inkişaf etdirmək.
Müştərilərimizə sərnişin və yük daşımaları sahəsində operativ, təhlükəsiz və yüksək keyfiyyətli xidmət göstərmək. Dövlət tədbirləri, beynəlxalq konfranslar və xüsusi protokol səfərləri zamanı logistik ehtiyacları peşəkar şəkildə qarşılamaq və daşımalarda maksimum məmnuniyyət təmin etmək. Dünyada yüksək keyfiyyətli nəqliyyat xidmətləri sahəsində qəbul olunmuş 3 əsas prinsipə — etibarlılıq, dəqiqlik və müştəri mərkəzlilik sadiq qalaraq, biz Premium Transport Agency olaraq hər bir tərəfdaşımıza fərdi yanaşma tətbiq edirik.
Biz uzunmüddətli tərəfdaşlığa çalışırıq, ona görə də daimi müştərilərimiz üçün fərdi qiymət planları təklif edirik.
Tələblərinizi müzakirə etmək üçün indi bizimlə əlaqə saxlayın və bizə biznesinizi irəli aparacaq xüsusi həll variantı hazırlamağa icazə verin.
Və biz inanırıq ki, Sizin də tədbirlərinin belə möhtəşəm və unudulmaz olacaq. Bizi onlardan referans alanların siyahısın da siz də olun.
ICESCO – 2-ci beynəlxalq texniki missiya
UNESCO Dünya İrs Mərkəzi konfransı
Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası.
Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı
Bakı Beynəlxalq Kitab Sərgisi 2024
Tacikistan Respublikasının Prezidenti yanında Dövlət Simfonik Orkestrinin Bakı şəhərindəki konserti
Uşaq İncəsənət Festivalı - 2025
Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı 2025” ilinin rəsmi açılış tədbiri
Biz sizə hər addımda kömək etmək üçün buradayıq. Sizin razılığınız bizim uğurumuzdur.